Bakı klubundan yubiley qolu

Bakı klubundan yubiley qolu

“Səbail” Azərbaycan kubokunda 50-ci qolunu vurub.

Fanat.Az xəbər verir ki, bu, 1/8 finalın “Qaradağ Lökbatan”la matçına təsadüf edib.

2:0 hesabı ilə qalib gələn “Səbail”in ilk qolu yubiley xarakteri daşıyıb. Bu topa Emin Rüstəmov imza atıb. Paytaxt təmsilçisi 26-cı kubok görüşündə qol sayını 51-ə yüksəldib.

Qeyd edək ki, turnirdə debütü 2016/17 mövsümünə təsadüf edən “Səbail” kubokda 50 və ya daha çox qol vuran 19-cu komanda olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər