Bakı klubundan ayrılan qapıçı "Dnepr"də

Bakı klubundan ayrılan qapıçı "Dnepr"də
"Rəvan"dan ayrılan Konstantin Maxnovski karyerasını Ukrayna çempionatında davam etdirə bilər. Fanat.az xəbər verir ki, "Dnepr" qolkiepi baxışa çağırıb.
Denis Boykonu 3,3 milyon avroya "Beşiktaş"a satan komandanın baş məşqçisi Miron Markeviç Maxnovskini sınaqdan keçirir. Baş məşqçi onu "Frankfurt"la oyunda meydana buxarıb. Start heyətində yer alan Maxnovski 78-ci dəqiqədə Aleksey Baştanenko tərəfindən əvəzlənib. Qolkiper özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Kostiantin Maxnovski 2015-ci ilin yayından "Rəvan"da çızış edir. 27 yaşlı qolkiper bu müddətdə 18 Premyer Liqa və 1 kubok oyununa çıxıb. Kiyev "Dinamo"sunun yetirməsi olan qolkiper bu klubun 3-cü komandasına qədər yüksələ bilib. O, daha sonra Polşanın "Piotrkovia", "LKS Lods", "Legiya" (Varşava), Ukraynanın "Obolon" və "Sevastopol" klublarında çıxış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər