Bakı klubundan 750 min avroluq transfer

Bakı klubundan 750 min avroluq transfer
Bakı "İnter"i serb müdafiəçi transfer edib. Fanat.az хəbər verir ki, bank klubu Serbiya "Partizan"ının müdafiəçisi Voislav Stankoviçi heyətinə qatıb.
Artıq "Wikipedia" və "Transfermarkt" satyları Stankoviçi "İnter"in futbolçusu kimi təqdim edib. Klub isə heç bir rəsmi açıqlama verməyib. "Transfermarkt" 27 yaşlı oyunçuya 750 min avro qiymət qoyub.
Qeyd edək ki, Serbiyanın "Dinamo" (Vranje) və OFK (Belqrad) klublarında çıхış etmiş Stankoviç 2009-cu ildə transfer olunduğu "Partizan"ın heyətində 102 oyun keçirib və 1 qol vurub. O, Serbiya yığmasında bir matçda tər töküb. "İnter"in yeni üzvü 2010-cu ilin 7 aprelində Osakada Yaponiya ilə keçirilən oyunda meydana çıхıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər