Bakı klubunda şok: mövsüm bitdi

Bakı klubunda şok: mövsüm bitdi

AZAL-ın braziliyalı legioneri Edu ağır zədə alıb. Fanat.az xəbər verir ki, tam adı Eduardo Konseysao Masiel olan “6” nömrə XIX turda əvəzedici komandanın heyətində “Neftçi”yə qarşı görüşdə sıradan çıxıb. 

Həmin matçda hesabı açan Edu ikinci yarının əvvəlində meydanı xərəkdə tərk edib. MRT müayinəsindən sonra onun sağ dizinin ön çarpaz bağlarında tam qopma aşkarlanıb. Bu isə braziliyalının mövsümü başa vurması deməkdi. 

Yaxın günlərdə Edu əməliyyat olunmaq üçün Türkiyəyə getməli olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər