Nelson Bonilla "Zirə"dən ayrılıb. Fanat.az xəbər verir ki, bu barədə salvadorlu futbolçu sosial media hesabında yazıb.
"Zirə"dən ayrıldığını elan edən Bonilla Avropada çıxış edəcəyini yazıb. O, hətta böyük futbol ölkələrindən birində çıxış edəcəyini də qeyd edib.
Qeyd edək ki, Nelson Bonilla “Zirə”yə ötən yayda keçmiş və 14 qolla Premyer Liqanın ən yaxşı ikinci bombardiri olub.
Fanat.az