"İnter" Premyer Liqanın startı ərəfəsində itkiylə üzləşib. Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, dünən axşam məşqində Fuad Bayramov sıradan çıxıb.
İlkin müayinədən sonra ayağı burxulan oyunçunun ayyarım komandasına kömək edə bilməyəcəyi üzə çıxıb.
Qeyd edək ki, bakılılar avqustun 12-də öz meydanında "Qəbələ"ylə qarşılaşacaq.
Fanat.Az