Bakı klubunda 2 israilli futbolçu - Adlar

Bakı klubunda 2 israilli futbolçu - Adlar

Növbəti mövsümün hazırlıqlarına iyulun 1-dən start verən "Səbail"in düşərgəsinə yeni legionerlər qoşulub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, danışıqlar üçün Bakıya gələn hər iki futbolçu İsraildəndir.  Söhbət Yadin Luqasi və Nir Bardeadan gedir. 24 yaşlı Luqasinin son klubu "Kiryat Şimona" olub. Yarımmüdafiəçi komandasının heyətində İsrail Premyer Liqasında 30 oyuna çıxıb və 2 qol vurub. "Kiryat Şimona" aşağı liqaya düşdüyündən, futbolçu komandasını dəyişməyə qərar verib.    

Bakı klubunda 2 israilli futbolçu - Adlar "Səbail"in heyətinə qatmağa çalışdığı digər israilli oyunçu isə müdafiəçidir. 27 yaşlı Nir Bardea son mövsümü "Bney Raina"da keçirib. O, İsrailin U-21 yığmasının üzvü olub. Bakı klubunda 2 israilli futbolçu - Adlar Maraqlıdır ki, ölkəsinin gənclər yığmasında keçirdiyi 2 oyundan biri Azərbaycana qarşı olub. Belə ki, Bardea 2017-ci il 31 avqustda Yaşar Vahabzadənin başçılıq etdiyi U-21 yığmamızı İsraildə 3:1 hesabı ilə məğlub etdikləri matçda 90 dəqiqə meydanda olub. O, son mövsümdə İsrail Premyer Liqasında "Bney Raina"nın heyətində 26 oyuna çıxıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər