“Azərreyl” voleybol klubu yeni transfer həyata keçirib. Fanat.az xəbər verir ki, Bakı klubu Belarus millisinin hücumçusu Oksana Kovalçuku heyətinə qatıb.
O, bundan öncə də - 2011/2012 mövsümündə “Azərreyl”in heyətində çıxış edib. 188 sm boya malik xanım idmançı “Azərreyl”i tərk etdikdən sonra ana olduğu üçün 1 il klubsuz qalmışdı. Onunla 1 illik müqavilə bağlanıb.
Fanat.az