Bakı klubu təlim-məşq toplanışına başlayır

Bakı klubu təlim-məşq toplanışına başlayır

Bu gün daha bir Premyer Liqa təmsilçisi növbəti mövsümün hazırlıqlarına başlayır. 

Fanat.Az xəbər verir ki, "Səbail" klubu təlim-məşq məqsədi ilə bir araya gəlir.  İlk məşq saat 19:00-da Bakı Olimpiya Stadionunda olacaq.

"Dənizçilər" hazırlığın iyulun 1-8-i aralığındakı ilk mərhələsini Bakıda keçirəcək və BOS-da məşq edəcək. Komanda ayın 7-də "Kəpəz"lə yoxlama oyunu keçirməyi planlaşdırır.

"Səbail" toplanışın ikinci mərhələsi üçün iyulun 9-da Türkiyənin ərzurum bölgəsinə yollanacaq. Qardaş ölkədə 3 sınaq matçının keçirilməsi nəzərdə tutulur.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər