"İnter" rəhbərliyi Adrian Skarlatakeni yeni müqavilə bağlamağa razı salıb. Fanat.Az-a verilən məlumata görə "ağ-göylər"in ilk təklifindən imtina edən rumın mərkəz müdafiəçisi yaxın günlərdə birillik müqaviləyə imza atacaq.
Tərəflər görüşüb və Bakı klubunun rəhbərliyi Skarlatakeyə təklif edilən illik məvacibi 20 min manat məbləğində artıra biləcəklərini bəyan edib. Arxa xətt oyunçusu bu təklifin ardından məlum transfer qadağası fonunda Avropa Liqasında oynayacaq bakılılarla müqaviləni yeniləməyə hazır olduğunu söyləyib.
Fanat.Az