Qadın voleybolçular arasında Çempionlar Liqasına start verilib. Fanat.az xəbər verir ki, "Azəryol"un ardında "İqtisadçı" da mübarizəyə qoşulub.
Super Liqanın gümüş mükafatçısı Serbiyada "Srvena Zvezda"nın qonağı olub. "İqtisadçı" rəqibinə heç bir şans verməyib. İlk setdə 25:15, ardınca 25:16, son setdə isə 25623 hesablı üstünlük əldə edən Bakı klubu quru hesablı qələbə qazanıb.
Qrupun digər oyununda Moskva "Dinamo"su İtaliyanın "Pyaçentsa" klubunu 3:1 hesabı ilə məğlub edib.
Çempionlar Liqası
22 oktyabr
I tur
B qrupu
Srvena Zvezda (Serbiya) - İqtisadçı (Azərbaycan) 0:3 (15:25, 16:25, 23:25)
Hakimlər: Sotirios Delikostides (Yunanıstan), Dobromir Dobrev (Bolqarıstan).
Fanat.az