Bakı klubu "Fənərbaxça"ya rəqib oldu

Bakı klubu "Fənərbaxça"ya rəqib oldu

Azərbaycanın qadın voleyboçulardan ibarət klublarının Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib. Fanat.az xəbər verir ki, iki klubumuz eyni qrupa düşüb.

Belə ki, "Azərreyl" və "Lokomotiv" А qrupunda yer alıb. Onlardan başqa "Alyans Ştutqart" (Almaniya) və "Dinamo" (Kazan, Rusiya) klubları da bu qrupa düşüb.

"Telekom" (Azərbaycan) isə "Drezdner" (Almaniya), "İmpel Vrotslav" (Polşa) və "Fənərbaxça" (Türkiyə) ilə birlikdə E qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, qrup mərhələsinin ilk oyunları oktyabrın sonunda keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər