Bakı klubu "Dinamo"nu darmadağın etdi

Bakı klubu "Dinamo"nu darmadağın etdi
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində VI turun oyunları baş tutub. Fanat.az xəbər verir ki, son tur çərçivəsində Bakının “Lokomotiv” klubu Kazan “Dinamo”sunu qəbul edib.
 
Hər 2 komanda pley-offa vəsiqə qazanmaqla yanaşı, turnir cədvəlində mövqeyini də təmin etdiyindən görüş formal xarakter daşıyıb.
 
Qarşılaşma təmsilçilərimizin başdan sona üstünlüyü şəraitində keçib. İlk iki hissədə asanlıqla qələbə qazanan "dəmiryolçular" üçüncü və həlledici setdə bir az çətinlik çəksə də, yekunda qələbə hesabını rəsmiləşdirə bilib.
 
Bununla da "Lokomotiv" xalını 12-ə yüksəldib.
 
VI tur
27 yanvar
A qrupu
Lokomotiv (Azərbaycan) - Dinamo (Kazan, Rusiya) 3:0 (25:16; 25:21, 25:23)
Hakimlər: Sotirios Delikostidos (Yunanıstan), Miçlik Aqniejka (Polşa).
Bakı, “Azərreyl” İdman Bazası.

1

Dinamo

6

5

1

15-5

481-410

15

2

Lokomotiv

6

4

2

14-8

521-460

12

3

Azərreyl

5

1

4

6-12

365-423

3

4

Ştutqart

5

1

4

3-13

316-390

3

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər