“Baku Fires” Ümumdünya Boks Seriyasının (WSB) VI mövsümünə start verib. Fanat.az xəbər verir ki, komandamız Qazaxıstanın Karaqanda şəhərində yarışın son qalibi “Astana Arlans” klubu ilə qarşılaşıb.
Görüş yerli komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. ”Baku Fires”in heyətində yalnız 64 kq çəki dərəcəsində çıxış edən Heybətulla Hacıəliyev qalib gəlib.
Astana Arlans - Baku Fires 4:1
49 kq. Temirtas Jusupov - Cavid Dadaşov 3:0 (50:45, 50:45, 50:45).
56 kq. Meirbolat Toitov - Yaraş Məhəmmədov 3:0 (49:44, 50:43, 49:44).
64 kq. Asxat Ualixanov - Heybətulla Hacıəliyev 0:3 (47:48, 46:49, 47:48).
75 kq. Meyirim Nursultanov - Badri Xardziani 3:0 (49:46, 50:45, 50:44).
91 kq. Erkin Muxamedjan - Hacı Murtuzəliyev 2:1 (47:48, 49:46, 48:47).
D qrupunun digər oyununda “Puerto Rico Hurricanes” “Uzbek Tigers” klubunu qəbul edəcək.
Xatırladaq ki, “Baku Fires” növbəti görüşünü fevralın 5-də Bakıda Özbəkistan komandasına qarşı keçirəcək.
Fanat.az