Bakı klubu İtaliya təmsilçisinə qarşı

Bakı klubu İtaliya təmsilçisinə qarşı

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələlərinin püşkü atılıb. Fanat.az xəbər verir ki, Lüksemburqda təşkil olunan mərasimdə Azərbaycan Super Liqasının gümüş medalçısı "Azəryol"un rəqibi də müəyyənləşib.

Qrupda ikinci olan Azərbaycan təmsilçisi İtaliyanın "Yamamay" klubu ilə qarşılaşacaq. 

 

Qeyd edək ki, I pley-off mərhələsinin ilk oyunları fevralın 10-12-si tarixlərində, cavab görüşləri isə 1 həftə sonra oynanılacaq.

I pley-off mərhələsi

Dinamo (Rusiya, Kazan) - Vakıfbank (Türkiyə)

Azəryol (Azərbaycan) - Yamamay (İtaliya)

Pyaçentsa (İtaliya) - Dinamo (Rusiya, Moskva)

Drezdner (Almaniya) - Fənərbaxça (Türkiyə)

Kann (Fransa) - Volero (İsveçrə)

Agel (Çexiya) - Əczaçıbaşı (Türkiyə)

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər