Bakı klubu Çempionlar Liqasının oyununu boykot edir - maaşa görə

Bakı klubu Çempionlar Liqasının oyununu boykot edir - maaşa görə

Azərbaycanın qadın voleybolçulardan ibarət "Lokomotiv" klubu ciddi maliyyə problemi ilə üzləşib. Fanat.az qol.az-a istinadən xəbər verir ki, klub rəhbərliyinin oyunçulara 3 aydı maaş ödəməməsi narazılığa səbəb olub.

Voleybolçular belə bir qərara gəliblər ki, maaşlar qısa müddətdə ödənilməsə, “Lokomotiv” gələn həftə Çempionlar Liqasında "Volero" (Sürix) ilə oyunda meydançaya çıxmayacaqlar.

Qeyd edək ki, sözügedən qarşılaşmanın fevralın 10-da Bakıda keçirilməsi nəzərdə tutulub. Əgər “Lokomotiv” oyuna çıxmasa, bu halda Avropa Voleybol Federasiyası tərəfindən həm kluba, həm də Azərbaycan Voleybol Federasiyasına ciddi sanksiyaların tədbiqi qaçılmaz olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər