Qadın voleybolçulardan ibarət "İqtisadçı" klubu dağılıb. Fanat.az xəbər verir ki, Bakı klubu rəsmən fəaliyyətini dayandırıb.
"İqtisadçı"nın dağılmasına maliyyə problemləri səbəb olub. 2008-ci ildə fəaliyyətə başlayan klub bu mövsüm ölkəmizi CEV Kubokunda təmsil etməli idi. Lakin artıq klub rəhbərliyi həm bu turnirdə, həm də Azərbaycan Super Liqasında iştirakdan imtina edib.
Rəhbərlik klubla müqaviləsi olan braziliyalı baş məşqçi Aleksandr Rivetti, voleybolçular - Yelena Parxomenko, Yekaterina Jidkova (hər ikisi Azərbaycan), Kayla Banvart, Kristi Cekson, Enn Eqlund (hər üçü ABŞ) və Fatu Diuklanı (Seneqal) da yola salacaq. Onların müqaviləsi qarşılıqlı razılıq əsasında pozulacaq.
Fanat.az