Bakı klubu daha 4 oyun keçirəcək

Bakı klubu daha 4 oyun keçirəcək

"Rəvan" yeni mövsümün hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, klubun bazasında və "Bayıl Arena"da məşq edən "aslanlar"ın qarşıdakı yoxlama matçlarının təqvimi də bəllidi.

Belə ki, 4 oyun keçirməyi planlaşdıran "Rəvan"nın rəqibləri müəyyənləşib. Paytaxt klubu özü kimi I divizionda mübarizə aparacaq kollektivlərlə qüvvəsini sınayacaq.

İlk rəqib "Qaradağ Lökbatan" olacaq. Sabah "Dalğa Arena”da keçiriləcək matç saat 19.30-da başlayacaq. "Rəvan" digər komandalarla isə "Bayıl Arena"da üz-üzə gələcək. Belə ki, "aslanlar” avqustun 9-da "Mil Muğan", 13-də "Neftçala", 16-da isə "Ağsu" ilə görüşəcək. Sözügedən matçlar saat 19.00-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər