“İnter” rəhbərliyi Zaur Svanadzeyə birillik müqavilə təklif edəcək. Fanat.Az-a verilən məlumata görə, gürcü mütəxəssisin aldığı əməkhaqqı azaldılmayacaq.
Məlumatı verən mənbə məbləği açıqlamasa da, hazırkı müqaviləsinin müddəti iyunda başa çatacaq mütəxəssisin başqasıyla əvəzlənmək ehtimalının olmadığını vurğulayıb.
Svanadzeni dinləyək: “Getmək barədə düşünmürəm. Qısaca olaraq onu deyə bilərəm ki, yayda yeni anlaşmaya qol çəkəcəm. Şərtlər məni qane edir. Yanvara qədər müəyyən çətinliklərimiz olacaq. Transfer qadağası götürüləndən sonra daha güclü “İnter” görəcəksiz”.
Fanat.Az