Bakı klubu 1/8 finalda

Bakı klubu 1/8 finalda

Qadın voleybolçular arasında CEV Kubokunun 1/8 final mərhələsinin cavab matçları keçirilib. Fanat.az xəbər verir ki, 1/4 finala gedən yolda Azərbaycan təmsilçisi “Azəryol” da meydana çıxıb.

Komandamız Bakıda Finlandiyanın “Salo” klubunu qəbul edib. Görüşün “Azəryol” üçün asan keçəcəyi gözlənilsə də, tam əksi baş verib. Səfərdə 3:0 hesabı ilə qalib gələn Ziya Rəcəbovun yetirmələri doğma divarlar arasında rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib. "Azəryol" çətinliklə də olsa, qələbə qazanaraq 1/4 finala çıxıb.

CEV kuboku

1/8 final

Cavab oyunu

10 dekabr

Azəryol (Azərbaycan) - Salo (Finlandiya) 3:2 (21:25; 25:10; 23:25; 25:21; 15:11)

Bakı, “Azərreyl” İdman Bazası.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər