Bakının “İnter” klubunun sabiq qapıçısı Georgi Lomaya futbolçu karyerasını başa vurub.
Fanat.Az-ın Gürcüstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda 37 yaşlı futbolçu özü məlumat verib. “Mənim Tbilisi “Dinamo”su ilə müqaviləm 2017-ci ilin iyulunda başa çatırdı. Amma qarşılıqlı razılaşma ilə müqaviləni erkən ləğv etdik. İnd mən futbolçu karyeramı bitirirəm. 37 yaşım var və yeni həyata başlamaq lazımdır” – deyə o bildirib.
Lomaya futbol sahəsində qalmaq istədiyini, bu mövsümün sonunda B kurslarına yazılacağını deyib.
Xatırladaq ki, Gürcüstan millisinin də üzvü olmuş G.Lomaya 2009-cu ildə Kaxaber Sxadadzenin dəvəti ilə Bakı “İnter”inə gəlib. O, bu klubu 2016-cı ildə tərk edib və Tbilisi “Diinamo”suna keçib.
Fanat.Az