Bakı İdman Sarayında problem yarandı, turu köçürdülər

Bakı İdman Sarayında problem yarandı, turu köçürdülər

Futzal üzrə Yüksək Liqada sabah keçiriləcək IV turun oyunlarının məkanı dəyişdirilib. 

Fanat.Az xəbər verir ki, texniki səbəblərdən matçlar Bakı İdman Sarayında yox, "Olimpik Star"da təşkil olunacaq.

Əldə etdiyimiz məlumata görə, mərkəzi arenanın qaz xəttində problem baş verdiyindən, zalın paltardəyişmə otaqlarına isti suyun verilişində   əngəl yaranıb. Belədə federasiya turun oyunlarını "Olimpik Star"a keçirib.

Beləliklə, IV turun oyun cədvəlini diqqətinizə çatdırırq:

Record club.az – Neftçi İK İB Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Nail Nağıyev Hakim-inspektor: Azər Əsgərov 22 oktyabr. Olimpik Star. Saat 12:00   Alyans (Lənkəran) – U-19 Hakimlər: Etibar Həsənov, Mahir Məmmədov, Vüsal Balaşov Hakim-inspektor: Füzuli Nəcəfov 22 oktyabr. Olimpik Star. Saat 14:15   Baku Fire – EKOL Hakimlər: Nail Nağıyev, Ziya Nəsirov, Əli Cəbrayılov Hakim-inspektor: Mehman Mahmudov 22 oktyabr. Olimpik Star. Saat 16:15

Araz-Naxçıvan – Xilə Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Hüseyn Əsgərov Hakim-inspektor: Azad Hüseynov 22 oktyabr. Olimpik Star.  Saat 18:15

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər