Bakı derbisində "Neftçi" sevindi

Bakı derbisində "Neftçi" sevindi

Topaz Premyer Liqasının VI turuna start verilib. Fanat.az xəbər verir ki, yığma oyunları səbəbindən çempionatda yaranan fasilədən sonrakı tur qeyri-adiliyi ilə fərqlənəcək. Belə ki, 5 oyun 4 gün ərzində keçiriləcək. İlk 3 günün hər birində 1, son gündə isə 2 matç baş tutacaq.

Turun ilk oyununda "Neftçi" "İnter"i qəbul edib. Paytaxt derbisi hər iki komanda üçün böyük əhəmiyyət daşıyırdı. Belə ki, mövsümə ardıcıl 3 qələbə ilə başlayan "Neftçi" IV turda "Xəzər Lənkəran"la heç-heçə oynadıqdan sonra "Bakı" qarşısında darmadağına məruz qalıb - 0:3. "İnter" isə uğursuz çıxışını davam etdirir. İlk 5 turda sadəcə 1 qələbə qazanıb 4 dəfə məğlub olan "bankirlər" son turda "kiçik qardaşları" hesab olunan "Simurq"a yeniliblər. 

Görüşə daha aktiv başlayan "ağ-qaralar" 14-cü dəqiqədə Araz Abdullayevin qoluna sevindi. Növbəti qol da ev sahiblərindən gəldi. Qarşılaşmanın 21-ci dəqiqəsində Karlos Kardosa topu tora qovuşdurdu - 2:0. İlk hissədə istədiyi oyunu nümayiş etdirə bilməyən bankirlər ilk hissənin sonunda qapısında 3-cü qolu gördü. Flavinyoya qarşı cərimə meydançasında edilən kobudluq Əhmədovun yetirmələrinə penalti qazandırdı. İlk əvvəl topa braziliyanın özü yaxınlaşsa da, daha sonra "siftə" etmək üçün topu Melvin Platyeyə verib. Hollandiyalı futbolçu Səlahət Ağayevlə dueldən qalib ayrılıb və ilk hissə 3:0 hesabı ilə başa çatıb. İkinci hissədə qonaqlar hücumlarını artırmağa başladı. Bunun da nəticəsində matçın 63-cü dəqiqəsində hesab arasındakı fərqi 2 topa çatdırdı - 3:1. Qarşılaşma bu hesabla da başa çatdı. 

Lakin oyunda xoşagəlməz hadisədə baş verdi. Belə ki, Bruno Bertuççi və Abdulla Abatsiyev arasında münaqişə yaşandı. Vüsal Əliyevin idarə etdiyi oyun bir neçə dəqiqəliyinə dayandırıldı. Daha sonra hər iki futbolçu ikinci sarı vərəqəni alaraq meydandan qovuldu.

Premyer Liqa

2013/14 mövsümü 

VI tur

12 sentyabr

Neftçi - İnter 3:1

Qollar: Araz Abdullayev, 14; Karlos Kardoso, 21; Melvin Platye, 45+1 (p.) - Vaqif Cavadov, 67

“Neftçi”: 30. Saşa Stamenkoviç 2. Karlos Kardoso 3. Denis Silva 6. Rəşad Sadiqov (k) 9. Flavio Aleks Valensio 10. Cavid İmamverdiyev (19. Mirhüseyn Seyidov, 69) 11. Melvin Platye (90. Ernest Nfor, 73) 15. Erik Ramos 22. Mahir Şükürov 7. Araz Abdullayev (4. Tərlan Quliyev, 88) 16. Bruno Bertuççi.

Ehtiyat oyunçular: 1. Pavel Doroşevs 5. İqor Mitrseki 14. Bahodir Nasimov 28. Emin Mehdiyev 

Məşqçi: Tərlan Əhmədov.

“İnter”: 25. Səlahət Ağayev 4. İvan Benitez 5. Slavko Georgievski 7. Ruslan Əmircanov 9. Aleksandr İaşvili (22. İlço Naumoski, 89) 11. Asif Məmmədov (19. Sezar Meza Kolli, 60) 14. İlqar Ələkbərov 33. Matija Spiçiç 44. Joao Paulo 70. Vaqif Cavadov (k) 88. Derlis Meza Kolli (47. Abdulla Abatsiyev, 46) 

Ehtiyat oyunçular: 1. Georgi Lomaya 6. Samir Zərgərov 21. Arif Daşdəmirov 64. Elhad Nəziri.

Baş məşqçi: Kaxaber Sxadadze

Baş hakim: Vüsal Əliyev

Baş hakimin köməkçiləri: Elman Musayev, Namiq Hüseynov

Dördüncü hakim: Namiq Bəkirov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

Sarı vərəqələr: Bruno Bertuççi, 35 (qeyri-idman hərəkəti); 83 (qeyri-idman hərəkəti). Cavid İmamverdiyev, 51 (qeyri-idman hərəkəti). Erik Ramos, 90+1 (qeyri-idman hərəkəti) - Joao Paulo, 32 (hakimin qərarına etiraz). Abdulla Abatsiyev, 54 (qeyri-idman hərəkəti); 83 (qeyri-idman hərəkəti).

Qırmızı vərəqələr: Bruno Bertuççi, 83 - Abdulla Abatsiyev, 83

"Bakcell Arena". 1500 tamaşaçı.

1

Neftçi

6

4

1

1

10-5

13

2

AZAL

5

4

0

1

6-5

12

3

Qarabağ

5

4

0

1

10-3

12

4

Qəbələ

5

3

0

2

8-6

9

5

Bakı

5

3

0

2

12-3

9

6

Simurq

5

2

1

2

4-5

7

7

Sumqayıt

5

1

1

3

4-9

4

8

İnter

6

1

0

5

11-13

3

9

Rəvan

5

1

0

4

2-14

3

10

Xəzər L

5

0

3

2

1-5

3

Bombardirlər: Cavid Hüseynov (Bakı), Vaqif Cavadov (İnter), Bahodir Nasimov (Neftçi), Marinaldo da Silva (Qarabağ), Mindauqas Kalonas (Bakı), Viktor İqbekoyi (AZAL), Baçana Sxadadze (İnter) - 3.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər