Bakı derbisi Fariz Yusifova əmanət

Bakı derbisi Fariz Yusifova əmanət

Topaz Premyer Liqasında VII turunun oyunlarına hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, turun açılış matçı - "Qəbələ" - "Rəvan" görüşü Rəhim Həsənova tapşırılıb.

Sentyabrın 21-də keçiriləcək "Simurq" - "Qarabağ" oyununu Rauf Cabbarov, "İnter" - "Bakı" matçını Fariz Yusifov, "Neftçi" - "Sumqayıt" görüşünü Əliyar Ağayev idarə edəcək.

 

Turun son oyunu - sentyabrın 22-də keçiriləcək AZAL - "Xəzər Lənkəran" qarşılaşmasında isə ədaləti Vüsal Əliyev qoruyacaq.

20 sentyabr

Qəbələ - Rəvan

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Tahir Əhmədov.

AFFA nümayəndəsi: Ramiz Abdullayev.

Hakim-inspektor: Füzuli Nəcəfov.

Qəbələ şəhər stadionu. Saat 17.00.

        

21 sentyabr

İnter - Bakı

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Elbrus Abbasov.

Hakim-İnspektor: Məlik Həsənov.

"Şəfa" stadionu. Saat 17.00.

Neftçi - Sumqayıt

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Namiq Bəkirov.

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Vüsal Əliyev.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-İnspektor: Gülağa Cabarov.

"Bakcell Arena". Saat 19.00.

Qarabağ - Simurq

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Coşqun Həsənov, Teymur Fərhadov.

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Asim Xudiyev.

"Dalğa Arena". Saat 19.30.

22 sentyabr

AZAL - Xəzər Lənkəran

Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Elman Musayev, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Vaqif Davudov.

Hakim-inspektor: Şahin Cəfərov.

"AZAL Arena". Saat 19.00.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər