Bakı "Böyük Dəbilqə"sinin medalları təqdim olundu

Bakı "Böyük Dəbilqə"sinin medalları təqdim olundu

Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin medalları təqdim olunub.

Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, medalların ön tərəfində turnirin loqosu, Azərbaycan Respublikasının xəritəsi, yarışın tarixi və adı həkk olunub.

Arxa hissədə isə Beynəlxalq Cüdo Federasiyasının loqosu yer alıb.

Qeyd edək ki, "Böyük Dəbilqə" 4 - 6 noyabrda baş tutacaq. Cüdoçular 14 dəst medal uğrunda mübarizə aparacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər