"Bakı-2019": Millimiz Rusiyaya uduzdu

"Bakı-2019": Millimiz Rusiyaya uduzdu
XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində voleybol yarışları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün qrup mərhələsində 3-cü turun oyunları keçirilir. Oğlanlardan ibarət Azərbaycan millisi qrupdakı son matçında Rusiya ilə qüvvəsini sınayıb. Matç rəqibin "quru hesablı” qələbəsi ilə yekunlaşıb – 3:0 (25:15, 25:11, 25:23). 
Qrupun digər oyununda Belarus Almaniyanı 3:1 (24:26, 25:21, 25:19, 25:19) hesabı ilə məğlub edib.
Bununla da Rusiya ilə Belarus yarımfinala yüksəlibsə, qrupda sonuncu olan yığmamız və Almaniya millisi 5-8-ci yerlər üçün mübarizə aparacaq. Komandamızın iyulun 26-dakı rəqibi B qrupunun üçüncüsü olacaq. Bu komanda günün son görüşlərindən sonra bilinəcək.
 

№

Komanda

O

Q

M

Set

Top

X

1

Rusiya

3

3

0

9-0

225-158

9

2

Belarus

3

2

1

6-4

235-204

6

3

Almaniya

3

1

2

4-6

214-244

3

4

Azərbaycan

3

0

3

0-9

163-229

0

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər