Bakı 2015-in qalibi Olimpiya Oyunlarını buraxacaq - SƏBƏB

Bakı 2015-in qalibi Olimpiya Oyunlarını buraxacaq - SƏBƏB
Böyük britaniyalı stend atıcısı Ember Hill Tokio 2020-də iştirak edə bilməyəcək.
Fanat.az xəbər verir ki, səbəb 24 yaşlı idmançının koronavirusa yoluxmasıdır.
Tokioya uçuş öncəsi testi pozitiv çıxan Avropa çempionatlarının ikiqat bürünc mükafatçısı yerli mətbuata açıqlamasında hisslərini belə ifadə edib:
"5 illik hazırlığım puç oldu. Heç bir xəstəlik simptomu olmadan Olimpiya Oyunlarını buraxmaq məcburiyyətində qalmağım çox üzücüdür".
Qeyd edək ki, Hill 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi olub.
 
Sahib Əsədbəyli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər