Bu gün "Bakı-2015" I Avropa Oyunlarınıın su polosu yarışlarında növbəti matçlar keçirilib. Fanat.az xəbər verir ki, Vaterpol Arenasında 14 qarşılaşma baş tutub.
Kişilərin yarışında 8 görüş keçirilib. 16 komandanın 4 qrupda qüvvəsini sınadığı turnirdə Azərbaycan millisi də debüt edib. B qrupunda çıxış edən yığmamız ilk qarşılaşmasında Rumıniya ilə üz-üzə gəlib və 6:9 hesabı ilə uduzub.
Qadınların yarışında isə II turun 6 oyunu baş tutub. 2 qrupa bölünən 12 komandanın mübarizəsində maraqlı qarşılaşmalar baş tutub.
Su polosu
13 iyun
Kişilər, I tur
A qrupu
Rusiya - Ukrayna 20:7
İtaliya - Fransa 12:5
B qrupu
Macarıstan - Almaniya 9:8
Azərbaycan - Rumıniya 6:9
C qrupu
Xorvatiya - Türkiyə 17:6
Monteneqro - Yunanıstan 12:16
D qrupu
İspaniya - Malta 22:4
Serbiya - Slovakiya 14:5
Qadınlar, II tur
A qrupu
İsrail - Macarıstan 3:20
Böyük Britaniya - Almaniya 8:10
Yunanıstan - Hollandiya 14:8
B qrupu
Fransa - Rusiya 3:25
Serbiya - Slovakiya 8:9
İspaniya - İtaliya 10:8
Fanat.az