Bahodir Nasimov “Neftçi”dən ayrılır

Bahodir Nasimov “Neftçi”dən ayrılır

“Neftçi”nin hücumçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət olunub. Fanat.az xəbər verir ki, forvard yığmasının heyətində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İordaniyaya qarşı keçiriləcək pley-off oyunlarında iştirak edə bilər.

Özbəkistan milli komandası İordaniya yığması ilə sentyabrın 6-da səfərdə, 10-da isə evdə qarşılaşacaq. Nasimov bu qarşılaşmalara hazırlıq məqsədilə avqustun 28-dən sentyabrın 5-dək və sentyabrın 7-dən 10-dək Daşkənddə təşkil olunacaq təlim-məşq toplanışına da dəvət alıb.

Bu səbəbdən Bahodir “Neftçi”nin avqustun 31-də “Bakı” ilə keçirəcəyi səfər matçını buraxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər