Badri Kvaratsxeliya yenidən Azərbaycan çempionatında

Badri Kvaratsxeliya yenidən Azərbaycan çempionatında

"Şəmkir”in yeni baş məşqçisi rəsmən açıqlanıb. Fanat.Az xəbər verir ki, birinci divizion təmsilçisini bundan sonra Badri Kvaratsxeliya çalışdıracaq.

 

Bu barədə klubun feysbuk səhifəsi xəbər paylaşıb. Ancaq müqavilənin şərtləri və müddəti haqqında məlumat açıqlanmayıb.

 

Badri 1997/1998-ci illərdə "Kəpəz”in, 1998/2005-ci illərdə isə "Şəmki”rin heyətində futbolçu kimi çıxış edib. Məşqçi kimi isə Kvaratsxeliya 2008/2009-cu illərdə Bakı "Standard”ını, 2012/2013-cü illərdə isə "Qəbələ”ni çalışdırıb. 

 

Xatırladaq  ki, 16 turdan sonra birinci divizionda 3-cü pillədə qərarlaşmış komanda ötən tur Qəhrəman Əliyevi istefaya yollamışdı.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər