Ukraynanın Lvov şəhərində uşu-sanda üzrə Avropa çempionatı keçirilir. Fanat.az xəbər verir ki, yarışda ölkəmizi 60 kq çəki dərəcəsi üzrə Orxan Mehdiyev təmsil edir.
Təmsilçimiz artıq yarımfinaldadı. O, 1/4 finalda erməni rəqibini məğlub edib. Qarşılaşma həmyerlimizin tam üstünlüyü şəraitində keçib. Amma ermənilər burada da mənfur niyyətlərini göstəriblər. Belə ki, idmançımızın qazandığı xallar məhz düşmən ölkə təmsilçisinin aktivinə yazılıb. Bizimkilərin etirazını nəzərə alan hakimlər görüntüləri yenidən izləyib və Orxan Mehdiyevin xalları özünə qaytarılıb. Bu hadisədən sonra azərbaycanlı və erməni tamaşaçılar arasında kütləvi dava-dalaş düşüb.
Saytımıza açıqlama verən Mirzəyev bunları bildirib: "Mən döyüşü udmuşdum. Hamımız sevindik ki, hakimlər qələbəni mənə verəcək. Amma onlar mənim əlimi qaldırmadı. Sonradan video təkrarlara baxıb, 12:9 hesablı qələbəmi qeydə aldılar. Daha sonra isə meydana başqa bir azərbaycanlı və erməni idmançılar çıxıb. Döyüş gedən vaxt ermənilər yuxarıdan Qondarma Dağlıq Qarabağın bayrağını asdılar. Bundan sonra azarkeşlər arasında dava-dalaş düşüb və məsələyə böyüyüb, rindəki idmançılara kimi çatıb”.
Qeyd edək ki, bu hadisədən sonra yarımfinal döyüşləri təxirə salınıb.
Orxana qələbənin verildiyi an:
Fanat.az