Sentyabrın 15-dən noyabrın 15-dək 9-14 yaş arası şərhçilərin sosial şəbəkələrdə - "Youtube", "Facebook" və "Instagram"da beynəlxalq müsabiqəsi keçiriləcək.
Fanat.Az xəbər verir ki, azərbaycanlı uşaqlara da uzunluğu 1 dəqiqə olan və 1 dubla çəkilən videoda şərhçilik məharətlərini göstərmək təklif edilir.
Videomaterial montajsız, şərh ingiliscə olmalı, #F4FCommentator həştəqi ilə sosial şəbəkələrdə yerləşdirilməlidi. Eləcə də, müsabiqə iştirakçılarının yaşları və yaşadıqları ölkənin adı qeyd olunmalıdı.
Fanat.Az