Azərbaycanlı qol vurdu, "Fənrəbaxça" sevindi

Azərbaycanlı qol vurdu, "Fənrəbaxça" sevindi
Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları davam edir. Fanat.az xəbər verir ki, günün ilk oyununda "Fənərbaxça" Moskvada “Lokomotiv”in qonağı olub.
Oyun 1:1 hesabı ilə yeukunlaşıb. Hesabı 45-ci dəqiqədə "Lokomotiv"in Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov açıb. 83-cü dəqiqədə "Fənərbaxça"dan Mehmet Topal bərabərliyi təmin edib. Oyun 1:1 hesabı ilə başa çatıb və ilk matçda qələbə qazanan (2:2) türk klubu mərhələ adlayıb.
Qeyd edək ki, bundan əvvəl "Sion"u (İsveçrə) mübarizədən kənaraşdıran Portuqaliya "Braqa"sı mərhələ adlayıb. 1/8 finala çıxan qalan 14 komanda bu gecə müəyyənləşəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər