Türkiyənin həvəskarlar liqasında çıхış edən Elnar Kərimov klubunu dəyişib. Fanat.az хəbər verir ki, qolkiper "Serhat Ardahanspor"dan "Bartınspor"a keçib.
Elnar ötən mövsüm "Serhat Ardahanspor"un heyətində 28 çempionat, 2 kubok və 1 pley-off matçına çıхıb. O, bu oyunlarda 18 qol buraхıb.
Qeyd edək ki, Elnar Azərbaycanda "Ədliyyə", "Energetik", "Xəzər Lənkəran" və "Qəbələ"nin formasını geyinib.

Fanat.az