Almaniya Bundesliqasında qalmaq uğrunda keçid oyunlarına yekun vurulub. Fanat.az azərbaycanlı qapıçı Emil Balayevin şərəfini qoruduğu Frankfurtun “Ayntraxt” klubu yüksək dəstədə yerini qoruyub.
Bundesliqada 16-cı olub, pley-offa yollanan frankfurtlular aşağı dəstədə 3-cü olan “Nürnberq”lə qarşılaşıb. Evdəki ilk görüşdə heç-heçə ilə (1:1) kifayətlənən Emilin komandası səfərdə 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək, Balayevin adı son oyunda “18-liy”ə daxil edilməyib.
Fanat.az