Azərbaycanın U-19 millisinin və Türkiyənin "1207 Antalya Döşemealtı Belediyespor" klubunun futbolçusu Aysun Əliyevə örnək addımı ilə diqqət çəkib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Kireçburnu" ilə matçda rəqib komandann nigeriyalı oyuçusu Ljeoma Quins Danielsi belində daşıyıb.
Oyun zamanı zədələnərək meydanı tərk edən Daniels ağrısı səbəbindən ehtiyat oyunçular skamyasına gedə bilməyib. Bunu görən A.Aliyevə rəqib futbolçuya yaxınlaşaraq onu belində texniki zonaya qədər aparıb.
A.Aliyevə matçdan sonra etdiyi hərəkətlə bağlı bildirib: "Danielsi əvvəlcə qolundan tutaraq aparmaq istədim. Ancaq ehtiyat oyunçular skamyasına qədər o vəziyyətdə getməyimiz uzun çəkəcəkdi. Sonra onu belimdə daşıdım. İçimdən gəldiyi üçün bu hərəkəti etdim. Çünki qızın vəziyyəti pis idi, gəzə bilmirdi. Bundan əvvəl mən də zədələnmişəm. Onun nələr yaşadığını bilirdim. Ona görə də Danielsə kömək etdim".
Qeyd edək ki, Sarıyer İdman Klubunun fotoqrafı Feridun Gömleksiz A.Əliyevanın Danielsi belində daşıdığı anın şəklini çəkib. O, "Fair Play" mükafatının A.Əliyevaya verilməli olduğunu bildirib.
Fanat.Az