Başı qalmaqallardan ayılmayan müğənni Afaq Aslan idman salonunda lent.az-a müsahibə verib. Müğənni bildirib ki, artıq bir ildi idmanla məşğul olur:
"Artıq bir ildi ki, idmanla mütəmadi məşğul oluram. Əslində idmana əvvəllər o qədər də maraq göstərmirdim. Amma məşqlərə başlayandan ayrıla bilmirəm. Çünki müsbət effektini görürəm. Vücudum daha da yaxşılaşıb (gülür). Onu da deyim ki, müğənni olmasaydım, yaxşı fitnes model də ola bilərdim. Hazırda ən çox sevdiyim idman növü ilə məşğulam. Bir də üzgüçülüyü bəyənirəm".
- İdmana başlayandan nələrdən imtina etmisiniz?
- Ürəyim istəyən yeməyi yeyirəm. Yəni qidalanmağımda özümə sərhəd qoymuram. Sadəcə saat 6-dan sonra yemək yox, meyvə yeyirəm. Bir də onu deyim ki, illərdi, çörək yemirəm.
- Həftədə neçə dəfə məşq edirsiniz?
- Həftədə 3 dəfə.
- Neçə saat məşq edirsiz?
- Əksər hallarda 2 saat. Amma bəzən 2 saatdan da çox olur.
- Hazırda neçə kilosunuz?
- Hər zaman 58 kilo olmuşam. Nə kökəlirəm, nə də arıqlayıram.
Fanat.az