"AVRO-2016"nın finalı bütün dünyanın diqqətindədi. Azərbaycanlı məşhurlar da fikirlərini bildirirlər. Bunlar arasında diqqət çəkən müğənni Elza Seyidcahanın olub.
Fanat.az xəbər verir ki, Ronaldonun diz qapağının zədələnməsi ilə oyundan çıxmasına Elza xanımın reaksiyası gözlənilməz olub.
Bütün dünya Fransa yığma komandasını Ronaldoya qarşı məqsədli sərt oynaqmaqda ittiham edərkən, Elza Seyidcahan Ronaldonu qınayıb: “Ronaldo, səndən heç gözləməzdim”.
Bu şərhə sərt münasibət göstərən Ronaldonun azərbaycanlı tərəfdarları günahkarın portuqaliyalı yox, Dimitri Peyer olduğunu bildiriblər.

Fanat.az