Azərbaycanlı müğənni idmançı əri haqda: "Onu qısqanıram"

Azərbaycanlı müğənni idmançı əri haqda: "Onu qısqanıram"
Ailəsi ilə gündəmə gəlməyi sevməyən müğənni Gülay Zeynallı idmançı həyat yoldaşı Kamil Zeynallı ilə haqqında son vaxtlar yayılan qısqanclıq xəbərlərinə aydınlıq gətirib. "Xəzər TV"də "Hər şey daxil" verilişinin qonağı olan müğənni bunları deyib:
"Hansıa verilişə cüt dəvət alanda gedirik. İkimiz də tanınmış insan olduğumuza görə belə söz-söhbətlər yayılır. Düzdü, Kamili qısqanıram. Amma dərəcəsində... Təzə ailə quranda həddindən artıq qısqanclıq olurdu. Övlad olandan sonra istər-istəməz sevgini, qısqanclığı övladın gələcəyinə yönəldirsən. Övladım bələkdə olanda ona bağça axtarırdım, indi də bağçaya gedir məktəblərlə maraqlanıram. Yəni, artıq bütün sevgimiz övladımıza qarşı yönəlib".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər