Azərbaycanlı milyaderdən "Spartak" açıqlaması

Azərbaycanlı milyaderdən "Spartak" açıqlaması

"Lukoyl" "Spartak"ın maliyyəsini artırmayacaq. Baxmayaraq ki, bu klub Rusiya çempionu olub və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb".

Fanat.Az TASS-a istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Vahid Ələkbərov Peterburq Beynəlxalq İqtisadi Forumunun kuluarlarında deyib. 

Azərbaycanlı milyarderin fikrincə, Çempionlar Liqasına vəsiqə qazanması "Spartak"a əlavə qazanc imkanı verir: "Klub özü qazanmalıdır. Amma vurğulamalıyam ki, "Spartak"ın maliyyəsini azaltmayacağıq və klubun baş sponsorları kimi qalırıq".

Qeyd edək ki, "Spartak" bu mövsüm 10-cu dəfə Rusiya çempionu olub. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər