Azərbaycanlı məşqçinin yetirməsi Belarusa Olimpiya medalı qazandırdı

Azərbaycanlı məşqçinin yetirməsi Belarusa Olimpiya medalı qazandırdı

Belarusda yaşayan azərbaycanlı məşqçi Fərhad Məhərrəmovun yetirməsi Cavid Həmzətov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

85 kq çəki dərəcəsində çıxış edən Dağıstan əsilli pəhləvan Belarus yığmasının üzvü kimi mükafatçılar sırasında yer alıb.

O, mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Həmzətov çinli Fey Penqi 3:0, avstriyalı Amer Hrustanoviçi 4:0 hesabı ilə yendikdən sonra, yarımfinalda ukraynalı Jan Belenyuka uduzub - 0:3. Bununla belə, təsəlliverici görüşdə 27 yaşlı pəhləvan bolqarıstanlı Nikolay Bayryakova 4:1 hesabı ilə qalib gələrək, bürünc medalçı olub.

Qeyd edək ki, Fərhad Məhərrəmov uzun müddət Belarus yığmasının məşqçilər korpusunda yer alıb. Hazırda o, Minskdəki klublardan birində məşqçi kimi çalışır.("Report")

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər