Azərbaycanlı məşqçi rəsmən türk klubunda

Azərbaycanlı məşqçi rəsmən türk klubunda

Azərbaycanlı məşqçi Türkiyə klubu ilə müqavilə bağlayıb. Fanat.Az "Milliyət"ə istinadən xəbər verir ki, Asim İbrahimov 2016/17 mövsümünün sonunda Super Liqanı tərk edən Adana klubu ilə münasibətlərini rəsmiləşdirib.

O, "Adanaspor"un idman direktoru təyin edilib. Bu barədə klubun mətbuat katibi Erkin Doygun açıqlama yayıb. "Adanaspor"un idman direktoru axtarışını başa vurduğunu bildirən klub rəsmisi Asim İbrahimovla anlaşma əldə etdiklərini qeyd edib: "Azərbaycanlı idman mütəxəssisi Asim İbrahimov klubumuzda idman direktoru kimi fəaliyyətə başlayacaq. Türkiyənin qardaş ölkə Azərbaycanla idman münasibətlərini daha da gücləndirəcəyinə inandığımız bu işbirliyi səbəbi ilə Azərbaycanın 15 iyun Qurtuluş Günü münasibəti ilə təbriklərimizi çatdırırıq".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər