Azərbaycanlı məşqçi Hindistandan qovuldu - Zorakılıq ittihamı

Azərbaycanlı məşqçi Hindistandan qovuldu - Zorakılıq ittihamı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Nikolay Adam və onun azərbaycanlı köməkçisi Etibar İbrahimov Hindistanın U-17 yığmasından istefaya göndərilib. 

Fanat.Az xəbər verir ki, bu barədə Hindistan Futbol Federasiyasının rəsmi saytı məlumat verib. Məlumatda bildirilir ki, məşqçilərin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Komanda müvəqqəti olaraq, Savio Madeyraya tapşırılıb.

Qeyd edək ki, Hindistan yığması yanvarda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Valentin Qranatkinin xatirə turnirində sonuncu yeri tutub. Bundan başqa hər iki mütəxəssis əleyhinə futbolçular şikayət ərizəsi yazıblar. Onlar komanda üzvlərinə qarşı fiziki zorakılıqda ittiham olunublar.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər