Azərbaycanlı idmançı Timati və Ramzan Kadırov birlikdə döyüşə gedir - VİDEO

Azərbaycanlı idmançı Timati və Ramzan Kadırov birlikdə döyüşə gedir - VİDEO

"Axmed" kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası, döyüşçü Zabit Səmədov yeni foto paylaşıb. 

 

İdmançı məşhur reper Timati və Çeçenistan prezidenti Ramzan Kadırov ilə birlikdə fotosunu öz bloqunda yerləşdirib.

 

Bu gün Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri keçiriləcək.

 

Turnir zamanı Z.Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşacaq. Zabit paylaşdığı şəkilin altına yarışa getdiklərini yazıb. (baku.ws)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər