Azərbaycanlı idmançı erməniyə aman vermədi - VİDEO

Azərbaycanlı idmançı erməniyə aman vermədi - VİDEO
Güləşçimiz Cəbrayıl Həsənov erməni idmançını məğlub edərək Olimpiadaya vəsiqə qazanıb. Fanat.az xəbər verir ki, Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqə qazanır.
Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan pəhləvanımız Cəbrayıl Həsənov ardıcıl olaraq Moldovadan Aleksandru Burcanı, Polşadan Kristian Brzozovskini tam üstünlüklə məğlub edib. Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz turnirin finalına yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu gün  final görüşləri saat 21:00-da başlayacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər