Azərbaycanlı idman jurnalisti Moskvada mükafat qazandı

Azərbaycanlı idman jurnalisti Moskvada mükafat qazandı

Moskvada idman jurnalistləri arasında "Energiya pobed” adlı ənənəvi 9-cu müsabiqə-festivala yekun vurulub.

"CBC Sport” telekanalının redaktoru Rasim Mövsümzadə (Mövsümov) beynəlxalq müsabiqənin əcnəbi rusdilli kütləvi informasiya vasitələri arasında "Ən yaxşı yazı” nominasiyasında 2-ci yeri tutaraq gümüş medalla təltif olunub.

 

Tanınmış idman yazarı müsabiqə ilə bağlı fikirlərini bildirib: "Sportsman” jurnalında çıxan "Məlum və naməlum Gullit” yazım bu şərəfə layiq görülüb. Burada futbolla bağlı uşaqlıq xatirələrim, ötən əsrin 80-ci illərinin sovet mətbuatı, həmçinin nüfuzlu "Qızıl top” mükafatı və məşhur niderlandlı futbolçu Ruud Gullit barədə maraqlı faktlar yer alıb.

Qeyd edim ki, "Qazprom” şirkətinin dəstəyi, Rusiya Olimpiya Komitəsi və Rusiya İdman Jurnalistləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışmada Rusiya Federasiyası regionları və xarici ölkələrdən müxtəlif nominasiyalar üzrə 305 jurnalist qatılıb. Son bir il ərzində işıq üzü görmüş işlərin qəbul edildiyi müsabiqənin münsiflər heyətinin sədri məşhur idman şərhçisi Viktor Qusev olub.

 

Bizim - laureatların mükafatlandırılması mərasimi Moskvanın tarixi mərkəzində "Krasnıy Oktyabr” art-klasterində keçirilib. Qalib və mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

Məlumat verim ki, "Energiya pobed” müsabiqə-festivalı ilk dəfə 2011-ci ildə təşkil edib. İndiyədək yarışmaya Rusiya və yaxın və uzaq xaricin 20 ölkəsindən iki mindən çox jurnalist qatılıb”.

Yazıları müxtəlif vaxtlarda Türkiyə, Almaniya, Fransa, İngiltərə, Rusiya və s. ölkələrdə nəşr olunan Rasim Mövsümzadə həmçinin "Bir qolun tarixçəsi" adlı kitabın müəllifidir. O, 2007-ci ilin fevralında Rusiyanın "Ves futbol" jurnalının futbol üzrə dünya çempionatlarının tarixinə həsr olunmuş çətin viktorinasının qalibi olub. Rasim Mövsümzadənin 2013-cü ildə Türkiyədə "İlin ən yaxşı əcnəbi idman yazarı" nominasiyasında "Futbol Oscarı" mükafatına, 2015-ci ildə isə "Sportsman" jurnalı tərəfindən "İlin idman jurnalisti" nominasiyasında "Zəfər" mükafatına layiq görüldüyünü də bildirək.

 

Azərbaycanlı idman jurnalisti Moskvada mükafat qazandı Azərbaycanlı idman jurnalisti Moskvada mükafat qazandı Azərbaycanlı idman jurnalisti Moskvada mükafat qazandı

 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər