Azərbaycanlı hakimlərdən inanılmaz etiraflar - ÖZƏL

Azərbaycanlı hakimlərdən inanılmaz etiraflar - ÖZƏL
Təqvimdə tarixin diqtəsindən əlavə insan beyninin məhsulu olan xüsusi günlər də olur. Bu, sırf insanları düşündürmək, psixoloji sarsıntıdan uzaqlaşdırmaq, diqqət çəkmək və sair məqsədlərdi. Xüsusən də insanların informasiya qəbulunda sosial şəbəkələrin tüğyan etdiyi bir dövrdə istənilən ağlabatan mövzu dunya gündəmi ola bilər. Məsələn, ötən günlərdə sosial şəbəkəni etiraflar “yola verdi”.  Etiraf edək ki, etiraf nə qədər çətin olsa da, həm də maraqlıdı. 
Görəsən futbol hakimlərimiz necə, etirafdan çəkinməzlər ki? Maraqlı olcağını nəzərə alıb, onlara “Nəyi etiraf etmək istəyərdiniz?” sualı ünvanladım.  
Əliyar Ağayev - FİFA referisi:
Azərbaycanlı hakimlərdən inanılmaz etiraflar - ÖZƏL
“Tofiq Bəhrəmov adına Respublika stadionunda “Qarabağ”ın oyunu idi. Xatırlamıram, hansı komanda ilə qarşılaşırdılar. Hesabda “Qarabağ” irəlidə idi. Vüqar Nadirov adi mübarizə epizodunda özünü yerə atdı. Əmin idim ki, “fol” yoxdu, vaxtı yubatmaq məqsədi ilə edir. Üzü üstə yerə uzanıb səslər çıxarır ki, güya zədələnib. Başını qaldırmadan  yanında komanda yoldaşı olduğunu zənn edərək, “qaqa, hakim sarı verdi” soruşdu.  Mən də astadan “hə, verdi” dedim. Vüqar Nadirov durub heç nə olmayıbmış kimi, özündən razı halda mərkəzə doğru qaçdı. Çox xoşbəxt  görünürdü. (Gülmək tutur, pauza verir – red. )  Bu günə qədər də bilmir ki, həmin epizoda  görə “sarı” çıxarmamışam və ona cavab verən mən idim”.
Ramil Diniyev - Milli dərəcəli hakim:
Azərbaycanlı hakimlərdən inanılmaz etiraflar - ÖZƏL
“Tofiq Bəhrəmov adına Respublika stadionu idi. Hansı oyun olduğunu xatırlamıram. Birinci hissə gedirdi. Birdən saata baxdım ki, işləmir. Qarşılıqlı hücumlar gedir, oyun dayanmır. Fürsət tapıb dördüncü hakimə yaxınlaşa bilmirəm. Aut oldu. Ayağımı tutub dayandım və fit verib gözləmələrini istədim. Dördüncü hakimə yaxınlaşaraq, əyildim, ayağımı masaj edə-edə sakitcə “saatını gizlincə aç mənə ötür” dedim. Heç kəs görmədi. Meydana qayıtdım, oyunu bərpa etmək üçün fit verdim. Hissənin bitməsinə bilirsən nə qədər qalmışdı? Bir dəqiqə. Bəxtim gətirdi. İndiyə qədər heç kimə deməmişəm. Sədrə də başqa bəhanə demişdim”.
Rəhim Həsənov - FİFA hakimi:
Azərbaycanlı hakimlərdən inanılmaz etiraflar - ÖZƏL
“Hakim yoldaşlarım bilir ki, çox tərlədiyim üçün fasilədə mütləq formamı dəyişirəm. 1-2  il öncə Avropa Liqasının oyunu idi. Adətim üzrə fasilədə paltarımı dəyişdim.  Meydana çıxdıqdan sonra oyunu başlamaq üçün əlimi cibimə atdım ki, fiti götürüm. Cibimdə yox idi. Fit dəyişdiyim formanın cibində qalmışdı. İlk ağlıma gələn fikir, qulaqcıq oldu. Qulaqcığın sazlığını yoxlayırammış kimi Ömərə yaxınlaşdım. Heç kimin hiss etməyəcəyi dərəcədə onun “svistok”unu aldım. Arzuolunmaz haldı. Ömərə də tapşırmışdım ki, Bakıda heç kəs bilməsin.  (Gülür-red.) İndi də bir siz bilin, bir də oxucularınız, heç kimə deməyin”. 
Orxan Məmmədov - Milli dərəcəli hakim:
Azərbaycanlı hakimlərdən inanılmaz etiraflar - ÖZƏL
“İl yadımda deyil. Şirəli Şirəliyev adına turnir keçirilirdi.Yarımfinal oyununda köməkçi idim. Komandalardan biri MOİK idi, digərin xatırlamıram. Ramil müəllim baş məşqçi idi MOİK-də. Meydana çıxanda məlum oldu ki, digər komanda 9 nəfərlə gəlib. Deyirlər ki, yarımfinaldı, qarşılaşma mütləq baş tutmalıdı. Çox çək-çevirdən sonra, biz - iki köməkçi hakim- azlıqda olan komandanın heyətində oyuna girdik. Mən müdafiədə, o biri də hücumda. Oyuna necə adaptasiya olunmuşduqsa, hakimin qərarına etiraz da edirdik. Sonda məğlub olduq. İndi fikirləşirəm ki, Xəqani Məmmədov bunu bilsə gülər, yoxsa nə edər?“ 
Yeni FİFA hakimimiz Ömər Paşayev isə daha ağırını etiraf etməyə qərar verdi: PENALTİ yox idi!
Azərbaycanlı hakimlərdən inanılmaz etiraflar - ÖZƏL
“İnter” – “Kəpəz” oyununda ev sahiblərinin qapısına olmayan 11 metirlik zərbə təyin etmişəm.  Burda da müzakirə olundu.  Səhv etmişəm. Etiraf edim ki, çox narahat oldum. Oyunun nəticəsinə təsir edən səhv idi. Üzgünəm!”
Çimərlik Futbolu üzrə FİFA hakimi İnqilab Məmmədov da həmkarı Paşayev kimi penalti etirafında bulundu: 
Azərbaycanlı hakimlərdən inanılmaz etiraflar - ÖZƏL
“Mil-Muğan”-“Şərurspor” oyununda ev sahiblərinin lehinə penalti təyin etmədim. Epizoda baxana qədər qərarımdan yüz faiz əmin idim. Yalnız bir gün sonra, videotəkrarda “Mil-Muğan”ın haqlı penaltisini vermədiyimi gördüm. Bir neçə tur sonra baş məşqçilərinə yaxınlaşıb üzr istədim. O, da öz növbəsində məni anlayışla qarşıladı. Səhvimə görə üzr istəməyimi etiraf edirəm”.  
Əli Sahib
Antalya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər