Azərbaycanlı hakimlər Xorvatiyanın oyununda

Azərbaycanlı hakimlər Xorvatiyanın oyununda

UEFA azərbaycanlı hakimlərə növbəti dəfə etimad göstərib. 

Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda keçiriləcək Xorvatiya – San Marino oyununu Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. 

Onun köməkçiləri Yaşar Abbasov və Vaqif Musayev olacaq. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 11-də baş tutacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər