Azərbaycanlı hakimlər UEFA Gənclər Liqasının oyununda

Azərbaycanlı hakimlər UEFA Gənclər Liqasının oyununda
Azərbaycanlı FIFA referisi Rəhim Həsənov növbəti beynəlxalq təyinat alıb.
Fanat.Az xəbər verir ki, Həsənov Belarusda "Minsk" və Macarıstanın "İlles Akademia" komandaları arasında keçiriləcək UEFA Gənclər Liqasının I təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.
Ona Namiq Hüseynov və Mübariz Həşimov yan xətt hakimləri qismində yardımçı olacaqlar. Belaruslu Viktor Şımusik dördüncü hakim, Oleq Çıkun hakim-inspektor, gürcüstanlı Nikoloz Jqarkava isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Oktyabrın 3-də Minskdəki "Traktor" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər