Azərbaycanlı hakimlər üçün böyük təhlükə

Azərbaycanlı hakimlər üçün böyük təhlükə

Azərbaycanlı futbol hakimlərinin qışda Antalyada keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı ləğv oluna bilər.

Rusiya səfirinin Ankarada öldürülməsi, eləcə də Türkiyənin müxtəlif bölgələrində baş verən terror hadisələri ölkənin nüfuzuna, eləcə də turizm sektoruna ciddi zərbə vurub. Təkcə turistlər deyil, futbol klubları da qışda Antalyanın yolunu tutmağa çəkinirlər, həyatlarının risk altında olduğunu düşünürlər.

Antalyaya klubların gəlməməsi azərbaycanlı hakimlərin də planlarını pozur. Səviyyəli klubların orda olmaması səbəbindən hakimlərimizin də idarə edəcəyi oyunların sayı kəskin azalır. Belədə AFFA rəhbərliyi təlim-məşq toplanışına xərc çəkmək istəmirlər. Onlar düşünürlər ki, nəzəri hazırlıqla ölkəni tərk etmədən də məşğul olmaq mümkündü.

Bu isə xüsusiylə gənc hakimlərimiz üçün təhlükədi. Onlar Antalyada xarici klubların oyunlarını idarə etməklə təcrübə qazanır, psixoloji hazırlıqlarını möhkəmləndirməyə çalışırdılar. Qışda Antalyada toplanışın keçirilməməsi Premyer Liqanın gərgin fazasında ciddi problemlər, hakimlərin işində nöqsanlara səbəb olacaq.(Sport7.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər